Sabahın hava PROQNOZU

12:36 - 6 İyun 2022

Sabahın hava PROQNOZU

İyunun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yagmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin