Məhəmməd Əmin Rəsulzadənin DOĞUM GÜNÜDÜR
31 Yanvar 2025
15:21 - 22 İyul 2021
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycana 100 milyon dollaradək məbləğdə kreditin verilməsini təsdiq edib.
Manset.az banka istinadən xəbər verir ki, sözügedən qərar iyulun 15-də keçirilmiş iclasda verilib.
Məlumata əsasən kredit Azərbaycan hökumətinə pandemiyayla mübarizədə dəstək məqsədilə tibbi, sosial və iqtisadi fəsadlarının yumşaldılması üzrə təqdim edilir.
Proqramın ümumi dəyəri 1,773 milyard dollar təşkil edir. Bunun 1,423 milyard dollarını Azərbaycan hökuməti, qalan 250 milyon dollarını Asiya İnkişaf Bankı, 100 milyon dollarını isə AİİB təmin edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin