"Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir" - Zaxarova
19 Aprel 2024
09:37 - 22 İyul 2021
Şabran rayonunda pandemiya qaydalarını pozan restoran sahibi cərimələnib.
Manset.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Yaşıl tac” şadlıq sarayında karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan 190 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsi müəyyən edilib.
Obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Polis əməkdaşları qeyd olunan şadlıq evində qanunvericiliyin tələblərinə müvafiq olaraq obyektin sahibi Bəybala Allahyarov barəsində inzibati protokol tərtib edib və baxılması üçün məhkəməyə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin