İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
18:47 - 2 İyun 2022
Dünən Xalq artisti Brilliant Dadaşova tələbələri ilə birlikdə konsert proqramı ilə çıxış edib.
Manşet.az oxu.az-a istinadən xəbər verir ki, tamaşaçılar sosial şəbəkə hesablarında konsertlə bağlı narazılıqlarını dilə gətirərək, pullarını geri istəyiblər.
Narazılığa səbəb isə Xalq artistini dinləməyə gələnlərin konsert zamanı ona yox, izləyicilərin təbirincə desək, “uşaq-muşağ”a qulaq asmaları olub.
Tamaşaçıların iddialarına görə, Brilliant Dadaşova səhnəyə çıxdıqdan bir neçə dəqiqə sonra daha oxumayıb, konserti ansambl və tələbələr davam etdiriblər.
İzləyicilərin çoxu bu vəziyyətdən narazı qalaraq, konserti yarımçıq tərk edib.
Tamaşaçılar Dadaşovanın “Instagram” hesabında narazılıqlarını dilə gətiriblər. İfaçının ünvanına “Brilliant xanımdan başqa, hamı oxudu, pulumuzu itirdik, çox heyif, ayıb olsun” kimi şərhlər yazılıb.
Qeyd edək ki, B.Dadaşova sözügedən konsertdə tələbələri ilə çıxış etmək üçün maşınını satdığını etiraf etmişdi. Konsert biletlərinin qiyməti isə yerlərə görə 40-150 manat arasında dəyişib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin