İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
09:34 - 2 İyun 2022
Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq musiqi layihəsində Azərbaycan mahnısı təqdim olunub.
Manset.az “Report”a istinadən xəbər verir ki, müsabiqənin iştirakçısı - Telavidən olan 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa edib.
Azərbaycan dilində ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək - 10 xalla qiymətləndiriblər.
Müsabiqədə 4 yaşdan 18 yaşadək olan 10 ifaçı iştirak edir. Yarımfinal iyunun 4-də keçiriləcək.
Qeyd edək ki, “Ranina” müsabiqəsi V mövsümdür keçirilir. Yarışmanın qalibi Gürcüstanı “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin