Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
09:22 - 2 İyun 2022
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Manset.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;
3. Binəqədi şossesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində Biləcəri-"Baksol" yolu ilə kəsişməyədək sıxlıq;
4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;
6. Ziya Bünyadov prospektində - Olimpiya stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;
7. Abdulvahab Salamzadə küçəsində - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq;
8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 yanvar dairəsinə qədər sıxlıq;
9. Aeroport şossesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;
10. Heydər Əliyev prospektində - "Koroğlu" metrostansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas yolda və Bağırov körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda;
11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;
12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq;
14. Rəşid Behbudov küçəsinin – Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən, Mərkəzi Bankın qarşısına qədər;
15. 28 May küçəsi – R.Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;
16. Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin