"Legiya"dan qələbə - "Qalatasaray" darmadağın oldu

00:56 - 22 İyul 2021

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 7 görüşü keçirilib. 

Manset.az-ın məlumatına görə, bununla da raundun ilk oyunlarına yekun vurulub.

Günün ilk oyunu Qazaxıstanda "Kayrat" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında baş tutub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Gecənin maraqlı görüşlərindən biri Niderlandda gerçəkləşib. PSV-nin qonağı olan Türkiyə "Qalatasaray"ı 1:5 hesabı ilə uduzub.

Bu saatda həmçinin "Olimpiakos" (Yunanıstan) - "Neftçi" və "Legiya" (Polşa) - "Flora" (Estoniya) qarşılaşmaları oynanılıb. Bakı klubu çətin Yunanıstan səfərində rəqibi ilə bacarmayıb - 0:1. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Varşava təmsilçisi isə ev oyununda 2:1 hesablı qələbəyə sevinib. Görüşə start heyətində başlayan 24 yaşlı forvard 56-cı dəqiqədə Jozue ilə əvəzlənib.

"Olimpiakos" - "Neftçi" cütü üçün iki qarşılaşma mühüm əhəmiyyət kəsb edirdi. Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək. Sözügedən qarşılaşmaların hər ikisi qolsuz bərabərliklə yekunlaşıb.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Kayrat" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya) - 2:1

Qollar: Xose Kante Martines, 24, Frenk Banyak, 79 - Dino Mikanoviç, 57 (avtoqol)

21:00. "Malmö" (İsveç) - HİK (Helsinki, Finlandiya) - 2:1

Qollar: Antonio Çolak, 45+1, Anders Kristiansen, 74 - Riku Riski, 68

22:00. Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) - 0:0

22:30. “Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə) - 0:0

23:00. PSV (Niderland) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Eran Zahavi, 2; 35; 84, Mario Götze, 51; 88 - Emre Kılınç, 42

23:00. “Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan) - 1:0

Qol: Məhəmməd Kamara, 29

Qırmızı vərəqə: Məhəmməd Kamara, 43 ("Olimpiakos")

23:00. “Legiya” (Polşa) - “Flora” (Estoniya) - 2:1

Qollar: Bartoş Kapustka, 3, Rafael Lopes, 90+1 - Rauno Sappinyen, 53

Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu iyulun 20-də keçirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin