Fond jurnalistlər üçün müsabiqə elan ETDİ

18:02 - 1 İyun 2022

Fond jurnalistlər üçün müsabiqə elan ETDİ

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir.

Manşet.az xəbər verir ki, müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər.

Kriteriyalar:

- Məqalə innovativ və əhatəli olmalıdır;

- Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;

- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində);

- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;

- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir.

QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə [email protected] adresinə göndərilə bilər. 

Mükafat:

I yer-1000 AZN

Il yer - 800 AZN

III yer - 600 AZN

Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat

Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il

Əlaqə vasitələri:
Tel: (012) 436-98-52

E-mail: [email protected]

Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin