4 kimsəsiz uşağın ağır həyat hekayəsi AzTV-nin filmində - “Bir də mən...”

13:09 - 1 İyun 2022

4 kimsəsiz uşağın ağır həyat hekayəsi AzTV-nin filmində - “Bir də mən...”

“Azərbaycantelefilm” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sənədli televiziya filmi hazırlayıb.

 

Manset.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bir də mən...” adlı sənədli filmin qəhrəmanları hazırda 3 ayrı uşaq evində yaşayan 4 uşaqdır.

Onların hər birinin öz ağır həyat hekayəsi var. Mikayıl doğulduğu gündən uşaq evinə gələnə kimi sərsərilik edən bir şəxsin yanında sanki qutuda yaşayıb. Angelina ata-anasının vəfatından sonra xalasının zorakılığına məruz qalıb. Məhəmmədin doğulduğu tarix və məkan belə bəlli deyil. Kamilla isə valideynlərinin boşanması nəticəsində kimsəsiz uşağa çevrilib.

Bu kimsəsiz uşaqların həyat hekayəsi bu gün saat 18:25-də AzTV-nin “Bir də mən...” filmində göstəriləcək.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin