VAZ-2107 "Aeroport" yolunda xuliqanlıq edib yolu bağladı - Junalistə hücüm edib təhqir etdi

21:08 - 21 İyul 2021

VAZ-2107

Bu gün axşam saatlarında VAZ-2107 markalı avtomobilinin sürücüsü “Aeroport” yolunda avtoxuliqanlıq edib.

Manset.az xəbər verir ki, 90-KD-119 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsü adıçəkilən yolda naməlum səbəbdən idarə etdiyi maşını yolun ortasında saxlayaraq hərəkəti tam məhdudlaşdırıb. Nəticədə prosoektdə böyük tıxac yaranıb, yolda qalan insanlar isə narazılıq edib.

Hadisə yerində olan Manset.az-ın əməkdaşı məlum hadisəni lentə almaq istəyərkən həmin xuliqanlıq etmiş sürücü saytımızın əməkdaşına hücum edib, onun mobil telefonunu sındırıb və nalayiq sözlərlə təhqir edib.

Məsələ ilə bağlı polis orqanlarına müraciət edilib. Hazırda qanunazidd əməllər törədən sürücü  axtarılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin