Sabirabadda iki avtomobil toqquşdu - xəsarət alan var

19:44 - 21 İyul 2021 - HADİSƏ

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın məlumatına görə, hadisə rayonun Cavad küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayonunun Novruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Cavadova Günay Əlamətdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla ağlı araşdırma aparılır.


Xəbər xətti

25 İyul 2021