Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edəcək

19:03 - 21 İyul 2021

Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edəcək

İyulun 26-da Gürcüstanda ABŞ ilə birgə “Çevik ruh” (Agile Spirit 2021) çoxmillətli hərbi təlimləri başlayacaq.

Manset.az xəbər verir ki, avqustun 6-dək davam edəcək hərbi təlimlərə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliyadan 2500-dək hərbi heyət qatılacaq.

Hərbi təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

“Çevik ruh” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq.

Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.

Bu hərbi təlimlər Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin