"Qarabağ"ın oyununa nə qədər bilet satılıb - AÇIQLAMA

17:22 - 21 İyul 2021

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) oyununa bilet satışı davam edir. 

Manset.az xəbər verir ki, Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 7 min bilet satılıb. Klub rəsmisi qeyd edib ki, oyun günü koronavirusla bağlı bütün tələblər yerinə yetirələcək.

Nazilər Kabinetinin qərarına əsasən, oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər. Buna görə də matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, iyulun 22-də oynanılacaq "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin