Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
16:38 - 30 May 2022
Müğənni Vaqif Şıxəliyevə qarşı dələduzluq edilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.
Sənətçi bir şəxsin onun adından dostlarından pul yığdığını deyib.
O bildirib ki, bununla bağlı polisə müraciət edib:
"Dostlar, mənim adımdan profil şəklimi qoyub, sizlərdən kart nömrəsi ataraq pul istəyən olarsa, qəti şəkildə aldanmayın. Hansısa firildaqçılar, dolandırıcılar bir neçə insanı aldadıb: guya "xəstəxanadayam, pulum çatmır" adıyla Vaqif Şıxəliyevdir deyib, karta pul köçürmələrini istəyib. Sizdən ehtiyatlı olmağınızı, heç cür bu kimi fırıldaqçılara inanmamağınızı xahiş edirəm. Bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər. Artıq bunla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin