Bakı-London aviareysinin açılacağı tarix MƏLUM OLDU

00:49 - 9 İyun 2021

Bakı-London aviareysinin açılacağı tarix MƏLUM OLDU

İyunun 11-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə başlayacaq.

Manşet.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, uçuşlar həftədə bir dəfə – V günlər saat 10:00-da "Airbus" təyyarələri ilə yerinə yetiriləcək.

Xatırladaq ki, daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulurdu. Lakin London istiqamətində uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədar reysin açılması iyun ayına keçirilmişdi.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin