Neslihan Atagül Kadir Doğulu ilə yenidən seriala çəkilir

12:22 - 29 May 2022

Neslihan Atagül Kadir Doğulu ilə yenidən seriala çəkilir

Türkiyəli məşhur aktrisa Neslihan Atagül yenidən ekranlara qayıdır.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa “Gecənin ucunda” adlı serialda həyat yoldaşı, aktyor Kadir Doğulu ilə baş rolu paylaşacaq.

Serialın çəkilişləri tezliklə başlayacaq, sentyabr ayında isə ekranlara çıxacaq.

Bundan başqa, aktrisa türk kinosunun unudulmaz filmlərindən olan “Ah Belinda” filminə çəkiləcək. Onun bu filmdəki tərəf müqabili aktyor Serkan Çayoğlu olacaq.

Qeyd edək ki, Neslihan Atagülün ilk baş rol oynadığı ekran işi “Fatih Harbiye” teleserialı olub. O, bu serialdakı tərəf müqabili Kadir Doğulu ilə 2016-cı ildə ailə həyatı qurub.

Aktrisa 2019-cu ildə “Sefirin qızı” serialında rol alsa da, xəstəliyi səbəbindən komandadan ayrılıb.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin