"Anama görə Hindistana gedə bilmədim" - Çingiz Əhmədov

19:40 - 28 May 2022

Əməkdar artist Çingiz Əhmədov illər əvvəl Hindistandan aldığı təklifi açıqlayıb. 

Manşet.az xəbər verir ki, aktyor "Səhər mərkəzi" proqramında anasına görə hindlilərin böyük təklifindən imtina etməli olduğunu söyləyib:

"Məni Hindistana aparırdılar. Anama görə Hindistana gedə bilmədim. Telefilmin direktoru Nazim Abbas var idi, Hindistandan və digər yerlərdən rejissorlar dəvət etmişdi. Dəhlizdən keçəndə məni gördülər, dedilər, hindistanlıdır? Dedim, yox. Məni 5 illik müqavilə ilə ora aparmaq istəyirdilər. Anam eşitdi, gözünün yaşını tökdü. Eləcə getmədim".Axşam.az


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin