Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın oldu - Ölən və yaralananlar var

10:58 - 21 İyul 2021 - DÜNYA

Gürcüstanın Marneuli yrayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

Manset.az  xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Silahlı insidentin səbəbi hələ məlum deyil.

Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.


Xəbər xətti

25 İyul 2021