Salyanda yolu keçmək istəyən gənci avtomobil vurub

08:43 - 21 İyul 2021 - HADİSƏ

Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bədəlov Əmrah Heydər oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 İyul 2021