Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
08:28 - 21 İyul 2021
Bu gün "Neftçi" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Manset.az-ın məlumatına görə, Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib "Olimpiakos" olacaq. "Georgios Karaiskakis" stadionunda gerçəkləşəcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.
"Neftçi" Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayıb. "Ağ-qaralar" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.
Görüşü stadionun ümumi tutumunun 80 faizi qədər - təxminən 26 minədək tamaşaçı izləyə biləcək. Bu, Yunanıstan hökumətinin müvafiq qərarından və 1,5 ildən sonra azarkeşlərin iştirakı ilə ilk görüş olacaq.
Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
23:00. "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan)
Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (hamısı Portuqaliya)
Pirey, "Georgios Karaiskakis" stadionu
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin