"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
06:01 - 21 İyul 2021
Rusiya hüquq-mühafizə orqanları Voronej vilayəti üzrə Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (keçmiş “QAİ”) keçmiş rəis müavini, polis podpolkovniki İqor Kaçkini həbs edib.
Manset.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kaçkinin mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır.
“RİA Novosti” agentliyinə danışan mənbə deyib ki, Kaçkin Voronejdə iyulun 19-da saxlanılıb. Onun iqtisadi xarakterli cinayətlərdə şübhəli bilindiyi xəbər verilir.
DİN regional idarəsində “ərazi şöbəsinin bölmələrindən birinin rəhbərinin” saxlanıldığını təsdiqləyiblər. Amma ad açıqlamayıblar, bildiriblər ki, həmin əməkdaş artıq xidmətdən kənarlaşdırılıb, barəsində xidməti yoxlama gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin