Elnur Məmmədli: "Kəramətə demişəm ki..."

01:46 - 21 İyul 2021

Elnur Məmmədli:

"Yaponiya komandası çox güclüdür. Amma onlar da bizim cüdoçularla qarşılaşanda qorxurlar".  

Manset.az xəbər verir ki, bunu Fanat.az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.  

Tokio 2020-nin açılış gününün ertəsindən mübarizəyə qoşulacaq cüdo millimizin potensialını dəyərləndirən Olimpiya çempionu, 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq bacısı oğlu Kəramət Hüseynova yarış öncəsi verdiyi tövsiyədən də danışıb: 

 "Özüm Tokioda olmayacağam. Ancaq ürəyim idmançılarımızın yanındadır. Komandanın böyük məşqçisi Elxan Məmmədovla hər gün əlaqə saxlayıram. Bildiyimə görə, komandamızda əhval-ruhiyyə yüksəkdir. Cüdo, Olimpiya Oyunları elə mövzulardır ki, haqqında proqnoz vermək çox çətindir. Sadəcə, onu deyə bilərəm ki, Yaponiya və digər bir neçə komanda çox güclüdür, amma onlar da bizim cüdoçularla qarşılaşanda qorxurlar".  

Kəramətə demişəm ki, hər şeyi bir qırağa qoyub yarışa fokuslanmaq, vuruşmaq lazımdır. Bu da bir müharibədir, sona kimi döyüşməlisən. Kəramət axırıncı dünya çempionatdakı kimi güləşsə, inanıram ki, medal qazanacaq".  

Qeyd edək ki, Tokio 2020-nin cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin