İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - VİDEO
26 Aprel 2024
00:24 - 21 İyul 2021
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsini törədən sürücü ərazidən qaçıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.
Sürücüsü hələ ki məlum olmayan "Jeep" markalı avtomobil yol kənarında dayanan və Kəmaləddin Ağayevə məxsus "Mercedes" və Firdovsi Məmmədova məxsus "Hyundai" markalı avtomobillərə çırpılıb. Zərbənin gücündən avtomobillər "Range Rover" və "Mercedes" markalı yük maşınına çırpılıb. Qəzaya səbəb olan "Jeep" markalı avtomaşının sürücüsü hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranıb. Polislər nəqliyyatın hərəkətini tənzimləyib. Avtotexniki ekspertiza təyin edilib.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin