Əmisi oğlunu xilas etdi - Özü boğulub öldü

23:44 - 20 İyul 2021 - HADİSƏ

Biləsuvar şəhərində bədbəxt hadisə baş verib.

Manset.az xəbər verir ki, hadisə şəhərin 8 mart küçəsində qeydə alınıb.

Yaşadıqları evin yaxınlığından axan Bolqar çayında çimən məktəblilərdən biri çayda boğulub.

Belə ki, 10 yaşlı əmisi oğlunun boğulduğunu görən Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu onu suyun dayaz hissəsinə çıxarmağına nail olsa da, ozü yorulduğundan çayda boğulub.

Orta məktəbin 9-cu sinfini başa vuran F. Məmmədli ailənin tək oğul övladı, nümunəvi, dərslərini əla qiymətlərlə oxuyan şagird idi. 


Xəbər xətti

25 İyul 2021