Şakiraya həbs cəzası - 6 müxtəlif ittiham üzrə mühakimə olunur

17:41 - 26 May 2022

Şakiraya həbs cəzası - 6 müxtəlif ittiham üzrə mühakimə olunur

Dünya şöhrətli pop müğənnisi Şakira 14,5 milyon avroluq vergidən yayınma ittihamı ilə İspaniyada mühakimə olunacaq. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Barselona Məhkəməsi 2012-2014-cü illərdə İspaniyada qazandığı gəliri vergi cənnəti ölkələrində gizlədərək 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd edib və mühakimə olunmasına qərar verib. 

Prokurorluq Şakiraya qarşı ümumilikdə 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edir.


 


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin