İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
17:25 - 26 May 2022
Əməkdar artistlər Xəyyam Nisanova və Elton Hüseynəliyevə Fəxri adlar təqdim olunub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçilərə "Əməkdar artist" fəxri adını Mədəniyyət naziri Anar Kərimov təqdim edib.
Hər iki məşhur keçirdiyi sevinc hislərini media nümayəndləri ilə bölüşüblər.
Əməkdar artist Xəyyam Nisanov Prezident İlham Əliyevə və xalqımıza dərin minnətdarlığını ifadə edib:
"Bir daha hörmətli cənab prezidentimizə, Mədəniyyət nazirliyimizə və çox dəyərli xalqımıza mənə göstərdiyi yüksək etimada, sənətimə verilən dəyərə görə təşəkkür edirəm. Bundan sonra ölkəmizə xalqımıza mədəniyyətimizə sevgi və hörmətlə xidmət edəcəyimə söz verirəm!"
Əməkdar artist Elton Hüseynəliyev də həmkarı Xəyyam Nisanov kimi Prezident İlham Əliyevə və Mədəniyyət Nazirliyinə təşəkkür edib:
"Ən böyük zirvə məhz elə fəxri addır. Cənab prezidentimizə öz təşəkkürümü bildiriəm, can sağlığı arzu edirəm. Mədəniyyət Nazirliyimizə dərin minnətdarlığımı bildirirəm. Allah bu hissləri bütün sənət adamlarına yaşatsın. Sevincimin həddi hüdudu yoxdur. Bu fəxri adı almaq mənim üçün qürurdur. Çünki burada prezidentimizin imzası var".
Qeyd edək ki, 2021-cilin oktyabrında Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə “Əməkdar artist” adı verilən sənətçilər arasında tanınmış müğənnilər Elton Hüseynəliyev və Xəyyam Nisanov da yer alıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin