Azərbaycanda polkovnik vəfat etdi - FOTO

23:15 - 20 İyul 2021 - CƏMİYYƏT

Ehtiyatda olan polkovnik Yavər Məcidov vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, Məcidov Yavər Məhəmmədəli oğlu 1951-ci il iyulun 17-də Zəngilan rayonunda anadan olub.

Birinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan baş leytenant Yavər Məcidov Zəngilan rayonunda yaradılan hərbi hissədə şəxsi heyətlə iş üzrə komandir müavini kimi xidmətə başlayıb.

Sonra Y.Məcidov Müdafiə Nazirliyi Siyasi və Sosial İşlər İdarəsində Sosial Hüquq Müdafiəsi şöbəsinin baş təlimatçısı-şöbə rəisinin müavini təyin edilib.

O, həmçinin Müdafiə Nazirliyinin Siyasi və Sosial işlər idarəsində hərbi qulluqçuların Sosial-Hüquq Müdafiəsi və Hərbi İntizamın Təhlili şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bundan əlavə, polkovnik Y.Məcidov Müdafiə Nazirliyinin Təhsil, Tədris və Elmi Tədqiqatlar idarəsində müxtəlif vəzifələrdə xidmət edib.



Xəbər xətti

25 İyul 2021