SON DƏQİQƏ: Dəhşətli yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - Yeniləndi

16:15 - 26 May 2022

SON DƏQİQƏ: Dəhşətli yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - Yeniləndi

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

15:20

Bakıda Nərimanov rayonundakı sexdə yanğının söndürülməsi üçün iki helikopter cəlb edilib.

 

Manset.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdiriblər. Sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda məlum olub ki, güclü yanğında iki FHN əməkdaşı xəsarət alıb.

Əlavə məlumat veriləcək.

13:34

Bakıda sexdə yanğın başlayıb.

 

Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

 





Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin