Hacıqabulda 6 avtomobil toqquşdu xəsarət alanlar var

21:50 - 20 İyul 2021

Hacıqabulda 6 avtomobil toqquşdu xəsarət alanlar var

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.

Manset.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin