Bakıda qadın müğənnini oteldə öldürən şəxs tutuldu – FOTO

21:31 - 20 İyul 2021

Bakıda qadın müğənnini oteldə öldürən şəxs tutuldu – FOTO

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Manset.az xəbər verir ki, Nizami Rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin