“NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar davam etdiriləcək”

21:50 - 25 May 2022

“NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar davam etdiriləcək”

“Finlandiya və İsveç nümayəndə heyətləri arasında NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar konstruktiv keçib və bu danışıqlar davam etdiriləcək”.

Manşet.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi və Finlandiya Prezidentinin Ofisi məlumat yayıb. 

"Bu gün Ankarada Finlandiya, İsveç və Türkiyə rəsmiləri arasında Finlandiya və İsveçin NATO-ya üzvlüyü və Türkiyənin üzləşdiyi təhlükəsizlik problemləri ilə bağlı danışıqlar aparılıb. Konstruktiv ruhda aparılan dialoqun davam etdirilməsi qərara alınıb», - məlumatda deyilir.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin