Ucarda hasardan yıxılan 2-ci sinif şagirdi ÖLDÜ

20:58 - 20 İyul 2021

Ucarda hasardan yıxılan 2-ci sinif şagirdi ÖLDÜ

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

Manset.az apa-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkən vəziyyətinin ağır olması səbəbindən bu gün səhər saatlarında Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin