Göyçayda yeniyetmə Yuxarı Şirvan kanalında batdı

20:34 - 20 İyul 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göyçay rayonu, Ləkçılpaq kəndində 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun Yuxarı Şirvan kanalında batması barədə məlumat daxil olub.

Manset.az bu barədə  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.​


Xəbər xətti

25 İyul 2021