Almaniyada daşqın qurbanlarının sayı 165-i ötdü

20:12 - 20 İyul 2021

Almaniyada daşqın qurbanlarının sayı 165-i ötdü

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 169-a çatıb.

Manset.az bu barədə  “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, təkcə Reynland-Pfalts federal torpağında təbii fəlakət qurbanlarının sayı 121 nəfər təşkil edir.

Daha əvvəl 164 nəfərin həlak olması barədə xəbər verilirdi.

Qeyd edək ki, iyulun 12-dən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin