Ermənistanda müdafiə nazirinə birinci müavin Təyin edildi

19:31 - 20 İyul 2021

Ermənistanda müdafiə nazirinə birinci müavin Təyin edildi

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Arşak Karapetyanın ölkənin müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

Manset.az xəbər verir ki, Karapetyan son təyinatına qədər Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsini tutub.

Xatırladaq ki, bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Bununla bağlı isə sərəncamı ölkə prezidenti Armen Sarkisyan imzalayıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin