Meymunçiçəyi bu ölkəyə də çatdı

11:44 - 25 May 2022

Meymunçiçəyi bu ölkəyə də çatdı

Birləşmiş Ərəb Əmirliklərində meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

 

Manset.az ölkənin “WAM” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı BƏƏ-nin Səhiyyə Nazirliyi yayıb.

Virus Qərbi Afrikadan BƏƏ-yə gələn 29 yaşlı qadında aşkar olunub. Hazırda o, tibbi müşahidə altındadır.

Xatırladaq ki, son zamanlar həkimlər müxtəlif Avropa ölkələrində, eləcə də Amerika və Avstraliyada meymunçiçəyinə yoluxma qeydə alıb. İnfeksiyanın yayılma yolları hələ ki mütəxəssislərə aydın deyil.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin