ATƏT sədri Azərbaycan-Ermənistan razılaşmasından danışdı

12:49 - 13 İyun 2021

ATƏT sədri Azərbaycan-Ermənistan razılaşmasından danışdı

"Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatın təqdim edilməsini alqışlayıram”.

Manşet.az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde "Twitter" hesabında yazıb.

"Etimadın qurulması üzrə bu tədbirlər Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”, - o qeyd edib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin