<

“Qızıl top”un təqdim ediləcəyi tarix açıqlandı

23:45 - 24 May 2022

“Qızıl top”un təqdim ediləcəyi tarix açıqlandı

Növbəti "Qızıl top" mərasimi 2022-ci il oktyabrın 17-də Parisdəki "Teatr dü Şatle" salonunda keçiriləcək.

Manşet.az xəbər verir ki, cari ildə kişilər və qadınlar üçün nominasiyalar, həmçinin ən yaxşı gənc oyunçu və ən yaxşı qapıçı mükafatlarına namizədlərin siyahıları isə avqustun 12-də açıqlanacaq.

Qeyd edək ki, ötən il əsas mükafatları PSJ-nin hücumçusu Lionel Messi, "Barselona"nın futbolçusu Aleksiya Putellas, "Barselona"nın yarımmüdafiəçisi Pedri və PSJ-nin qapıçısı Canluici Donnarumma alıb.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin