Almaniyada avtobus qatarla toqquşdu: Çox sayda yaralı var - FOTO

23:37 - 24 May 2022

Almaniyada avtobus qatarla toqquşdu: Çox sayda yaralı var - FOTO

Almaniyanın cənubundakı Ulm şəhəri yaxınlığındakı Blaustein qəsəbəsində qatar və avtobus toqquşub. Toqquşmadan sonra relsdən çıxan qatarın sürücüsü və çox sayda sərnişin xəsarət alıb.

Manşet.az xəbər verir ki, eyni zamanda, zərbənin təsirindən avtobus sürücüsü avtomobildən kənara düşərək ağır yaralanıb.

Qəzadan sonra alovlanan avtobus tamamilə yanıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin