Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

18:34 - 20 İyul 2021

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Manset.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin, ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin