<

Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı - VİDEO

22:42 - 24 May 2022

Moldovanın sabiq prezidentinin həbsinin görüntüləri yayıldı - VİDEO

Moldovanın sabiq prezidenti İqor Dodonun həbsinin görüntüləri yayılıb.

Manşet.az xəbər verir ki, keçmiş dövlət başçısı  Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.

Məlumata görə, İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun və qohumlarının evində axtarışlar aparıblar.

Axtarışlar zamanı Dodonun yaxınlarının evlərindən on minlərlə avro, eləcə də qanunsuz varlanmada şübhəli bilinən iqtisadiyyat nazirinin keçmiş müavini Vitali Yurkunun Dodona hədiyyə etdiyi şahmat tapılıb.

Qeyd edək ki, hazırda sabiq prezident, həmçinin “Passiv korrupsiya”, “Siyasi partiyanın kriminal təşkilat tərəfindən maliyyələşdirilməsi”, “Qanunsuz varlanma” maddələri üzrə də ittiham olunur.

 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin