<

Atanın ehtiyatsızlığı uşağın ölümünə səbəb oldu, ailə xəstəxanadan şikayətçidir – VİDEO

22:03 - 24 May 2022

Atanın ehtiyatsızlığı uşağın ölümünə səbəb oldu, ailə xəstəxanadan şikayətçidir – VİDEO

Lənkəranda ata ehtiyatsızlıqdan oğlunun ölümünə səbəb olub. Hadisə nəticəsində 9 yaşlı uşaq həyatını itirib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Horavenc kəndində baş verib. Rayonun Bəliton kənd sakini 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil" markalı avtomobillə ot bağlamalarını gətirmək üçün gedərkən oğlunu da özü ilə götürüb. Əraziyə çatanda 2013-cü il təvəllüdlü Nemət Quluzadə ağaclardan hörülmüş darvazanı açmaq üçün maşından düşüb. Atası isə yük avtomobilini hərəkətə gətirib və ehtiyatsızlıqdan oğluna xəsarət yetirib. Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhumun yaxınları qəzəblərini cilovlaya bilməyib və xəstəxanada olarkən həkim Cəmil İbadullayev ilə mühafizəçi, polis serjantı Yusif Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Buna səbəb kimi isə uşağın əmisi bildirdi ki, həkimlər etinasız yanaşıb və ailə üzvlərinin əsəbləri gərildiyindən belə bir xoşagəlməz hallar yaşanıb.Hadisə ilə bağlı APA-ya açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, dünyasını dəyişən şəxsin qardaşı Mərkəzi Xəstəxanada xidmət personalı ilə mübahisə edib, iki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Təfərrüat ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək.

 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin