Rusiya ixracatçıları Bakıya gələcəklər

17:55 - 20 İyul 2021 - SİYASƏT

İyulun 23-də ROSEKSİMBANK SC-nin dəstəyi ilə Rusiya ixracatçılarının Bakıya işgüzar səfəri baş tutacaq.

Manset.az xəbər verir ki, bu barədə  Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

İşgüzar səfər çəvçivəsində Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitriy Volvaçın, ROSEKSİMBANK SC-nin İdarə heyətinin sədri Azər Talıbovun, Azərbaycanın dövlət şirkətlərinin və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) nümayəndələrinin, həmçinin, Rusiyanın aparıcı sənaye şirkətlərinin təmsilçilərinin iştirakı ilə görüşlər və tədbirlər keçiriləcək.


Xəbər xətti

25 İyul 2021