<

Sərhədin delimitasiyası ilə bağlı növbəti Azərbaycan-Ermənistan görüşləri bu şəhərlərdə KEÇİRİLƏCƏK

19:30 - 24 May 2022

Sərhədin delimitasiyası ilə bağlı növbəti Azərbaycan-Ermənistan görüşləri bu şəhərlərdə KEÇİRİLƏCƏK

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya üzrə Komissiyanın növbəti görüşü Moskva və Brüsseldə keçiriləcək.

Manşet.az Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər bununla bağlı bu gün keçirilən ilk görüşdə qərar qəbul ediblər.

"Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib", - deyə məlumatda qeyd olunur.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin