Suraxanıda şəhid ailələri və qazilər ziyarət olundu - Fotolar

17:35 - 20 İyul 2021

Suraxanıda şəhid ailələri və qazilər ziyarət olundu - Fotolar

İyulun 20-də Qurban bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş 100-ə yaxın şəhid ailəsi və 200-dən artıq sağlamlığını itirən qazi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ziyarət edilib və onlara qurban payları paylanılıb.

Manset.az xəbər verir ki, ailələrə baş çəkən Suraxanı RİHBA-nın məsul əməkdaşları Şəhidlərimizin ailələrinə səbr diləyərək, müqəddəs bayram günündə onların ruhunu bir daha ehtiramla yad edib və dualar oxunub.

Qeyd edək ki, Suraxanı rayonunda belə həssas təbəqədən olan ailələr mütəmadi ziyarət edilir, eləcə də, sosial problemlərinin həll edilməsi, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.



Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin