<

Almaniya müharibəni fürsət bildi - rusları ölkəyə cəlb etdi

17:57 - 24 May 2022

Almaniya müharibəni fürsət bildi - rusları ölkəyə cəlb etdi

Almaniya Federal Məşğulluq Agentliyi Rusiyada bağlanan beynəlxalq şirkətlərin ixtisaslı rus işçilərinin Almaniyada işləməsini asanlaşdıracağını açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qurumun açıqlamasında Rusiya-Ukrayna münaqişəsinə görə “beynəlxalq şirkətlərin” Rusiyadan çıxarılmasına vurğulanaraq bu qurumların ixtisaslı rus əməkdaşlarına Almaniyada işləmək üçün rahatlıq veriləcəyi bildirilib. 

Açıqlamada “Rusiyada işləyən ekspertlərinizə Rusiyadan və ya digər ölkələrdən Almaniyaya daxil olmaq imkanı verilməlidir” - deyilir.

Sentyabrın 30-na qədər davam edəcək müraciət çərçivəsində Rusiyada fəaliyyətini dayandıran, ildə ən az 44 min Avro qazanan şirkətlərin ixtisaslı rus işçiləri Almaniyada işləyə biləcəklər. 

Federal Məşğulluq Agentliyi bəyan edib ki, müraciət edənlər “informasiya və kommunikasiya texnologiyaları üzrə geniş peşəkar biliyə və ya şirkətə xas biliyə malik bacarıqlı işçilər” olmalıdır.
 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin