Putin müsəlmanları təbrik etdi

17:02 - 20 İyul 2021

Putin müsəlmanları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Manset.az xəbər verir ki, Rusiya Prezidenti millətlərarası razılığın, mədəni rəngarəngliyin qorunub saxlanmasında İslam dəyərlərinin əhəmiyyətini qeyd edib.

V.Putin vurğulayıb ki, kökünü əsrlərdən götürən Qurban bayramı insanları xeyirxahlığa, ədalətə, imana çağırır.

Prezident qeyd edib ki, bütün dünya dinlərinin təməlini təşkil edən bu yüksək humanist, mənəvi ideallar Rusiya cəmiyyətinin birləşməsinə xidmət edir.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin