<

Ərazi tullantılardan təmizləndi

16:11 - 24 May 2022

Ərazi tullantılardan təmizləndi

Xəzər rayonu, Türkan qəsəbəsinin müxtəlif ərazilərində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Xidmət rəsmisi Vaqif Cavadov Manset.az-a bildirib ki, qəsəbənin bir neçə yerində tullantıların qalaqlanması faktı müəyyənləşdirilib və əraziyə cavabdeh Xəzər rayonu, Türkan qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən həmin sahələrin təmizlənməsi təmin edilib. 

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Türkan  qəsəbəsi üzrə icra nümayəndəsi Rövşən Quliyevə məcburi göstəriş verilib”.

Xidmət rəsmisi tullantıların idarə olunmasına cavabdeh şəxsləri fəaliyyətlərini qanunamüvafiq həyata keçirməyə, sakinləri isə tullantıları müəyyən olunmuş sahələrə atmağa və təmizliyə riayət etməyə çağırıb.

"Tullantı atan da özümüzük, bundan şikayət edən də. Belə xoşagəlməz vəziyyətin yaranmaması üçün yaşadığımız mühiti zibilləməyək və ətraf mühitin çirklənməsinə şərait yaratmayaq”.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin