<

ABŞ ŞOKDA: Keçmiş səfirdən NATO haqda qalmaqallı sözlər – Ukraynanı aldatdıq

15:16 - 24 May 2022

ABŞ ŞOKDA: Keçmiş səfirdən NATO haqda qalmaqallı sözlər – Ukraynanı aldatdıq

ABŞ-nin Moskvadakı keçmiş səfiri Maykl Entoni Makfol qatıldığı proqramda qalmaqallı açıqlama verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Stefan Uolt ABŞ-nin Moskvadakı keçmiş səfiri Entoni Makfoldan "Diplomatlar Ukraynanı NATO-ya üzv olacağına inandırmaq üçün çox çalışdılar. Diplomatlarınız yalan danışıb?" – deyə soruşub.

Buna cavab olaraq Makfol "Bəli! Bəli! Əsl dünya belədir. İnana bilirsinizmi? Diplomatlarımız bu barədə yalan danışıblar" deyib.

Hadisənin qızışmasından sonra sosial media hesabından açıqlama verən Makfol, "Yalan danışmaq yersiz bir cümlə idi. Həmin vaxt duyğu seli ilə bu sualı təsdiqləməyə ehtiyac duydum. Bu sözü üzrxahlıqla geri alıram. Lakin NATO liderləri həqiqətən onlardan qoşulmalarını istəmədən Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı ictimai açıqlamalara yer verdimi? Bəli və bunu hamı çox yaxşı bilirdi. Ukrayna lideri Volodimir Zelenski də bunu bilirdi. Hələ müharibədən əvvəl Zelenski bu cür bəyanatları “riyakarlıq” adlandırmışdı. Hamısının lent yazısı var” bildirib.
 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin