Şoyqu Ukraynadakı əməliyyatın nə qədər davam edəcəyini AÇIQLADI

14:52 - 24 May 2022

Şoyqu Ukraynadakı əməliyyatın nə qədər davam edəcəyini AÇIQLADI

“Rusiya bütün tapşırıqların tam olaraq yerinə yetirilməsinə qədər Ukraynadakı hərbi əməliyyatı davam etdirəcək”.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

“Qərbin Kiyev rejiminə genişmiqyaslı köməyinə və Rusiyaya qarşı sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatı bütün tapşırıqların tam olaraq yerinə yetirilməsinə qədər davam etdirəcəyik”, - deyə Şoyqu söyləyib.

O, həmçinin qeyd edib ki, sakinlərin yaşayış məskənlərindən çıxarılması üçün sükut rejimi elan edilir və humanitar dəhlizlər yaradılır: “Bu isə hücumun sürətini azaldır”


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin